Şali Nәslinin Şәcәrәsi - Payızovlar

 

 

Şair / Tarixçi

Payızovlar Şali babanın digәr bir qoludur.

Şahverdinin oğlu Gülәli hәmin qolun әn görkәmli nümayәndәsi olmuşdur. O, öz fitri istedadı ilә mühasiblik dәrәcәsinә çatmış, rayonun bir sıra kәndlәrindә kolxoz-sovxozda mühasib işlәmişdir. 1939-1942-ci illәrdә Qızılavar kәnd sovetinin (Kәnd Zәhmәtkeş Deputatlar Sovetinin) sәdri işlәmişdir.

Murtuza Gülәli oğlu orta ixtisas tәhsillidir. Ömrünün 45 ilini çay manqabaşçısı, briqadiri işlәmişdir. Rayonun vә Respublikanın qabaqcıl çay briqadiri kimi orden vә medallara layiq görülmüşdür.

Müqәddәs Payızov әrәbşünas filoloqiya elmlәri namizәdi vә Әlyazmalar İnstitutunun әmәkdaşı idi. Bir sıra xarici ölkәlәrdә -Yәmәndә, Sәuduyyә Әrәbistanında, İraqda- olmuş, tәrcümәçiliklә mәşğul olmuşdu. Dövlәti işlәrindә işlәmişdi. 2017-ci ilin Yanvar ayında vәfat etdi.

Cәmil Nәbiәli oğlu İqtisadiyyat Universitetini vә Leninqrad Huquq Universitetini bitirmişdir. İqtisad elmlәri namizәdi idi. Maliyyә Nazirliyindә şö’bә müdiri işlәmişdi. Vәfat edib.

Cavanşir Nәbiәli oğlu Politexnik Universitetini, İlham Nәbiәli oğlu Neft-Kimya Universitetini, İlqar Nәbiәli oğlu Leninqrad Tibb İnstitutunu bitirmişdir. Digәr uşaqlar orta tәhsillidir.

Murtuza Payızovun uşaqlarından Siyasәt Payızov ali tәhsilli idi, BDU-ni bitirmişdi. Vәfat etmişdir.

Yadigar Gülәlizadә Neft-Kimya Universitetini bitirmişdir, ali tәhsillidir.

İlqar Payızov ali tәhsillidir, Belorusiya Dövlәt Universitetini bitirmişdir, kommersantdır.

Murtuza Payızovun digәr uşaqları orta tәhsillidir.

Şapi Gülәli oğlunun oğlanları Şәfi, Elşәn vә Anar ali tәhsillidirlәr. Elşәn gәnc yaşda gәmi qәzasında vәfat etmişdir.

Allah Şali nәslindәn dünyasını dәyişәnlәrә rәhmәt eylәsin, hәyatta olanlarına uzun ömürlәr versin. Amin!

 

QEYD: Şali nәslinin şәcәrәsini hazırlayarkәn yaxından kömәk edәn Uğur müәllimә (Ağayev) sağ ol deyirik.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz