Şali Nәslinin Şәcәrәsi - Әkbәr vә İmanverdi qolu

Şair / Tarixçi

Hәmzә Payızov ali tәhsilli dәniz mühәndisi idi. Oğlu Oqtay dәniz neft mәdәnlәrindә işlәyir.

Simran Dayan oğlu ali tәhsillidir. Kutaisidә çayçılıq üzrә ali tәhsil almışdır.

Әkbәr Payız oğlu öz dövrünün mәdәni şәxsiyyәti olmuşdur. Gözәl sәsә malik olmuşdur. Lәnkәranda xanın bağbanı olmuşdur. Bölgәdә aclıq olan illәrdә İrana köçüb vә orada da vәfat elәyib.

Әlәsgәr Әkbәr oğlu müharibәdә iştirak etmişdi. Quranxan idi.

Hәzәrxan Әlәsgәr oğlu rabitәci idi. H. Әliyev adına Binә aerodromunda tәsәrrüfat işlәrinә baxırdı. Oğlu Natiq indi işini davam etdirir.

Abas İmanverdi oğlu müharibә iştirakçısı idi. Böyük Vәtәn Müharibәsindәn geri qayıtmayan “108” Qızılavarlıdan biridir.

Vәli İmanverdi oğlu müharibә iştirakçısı olmuş, müharibәdәn döndükdәn sonra tәsәrrüfatla mәşğul olmuşdur. Vәfat etmişdir.

Rәşad Mәxsud oğlu xalq muğәnnisidir.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz