Şali Nәslinin Şәcәrәsi - Ağayevlәr

Şair / Tarixçi

Ağayevr, Payızovlar vә İmanovlar sülalәsinin ilk nümayәndәlәri Lerik (Lik) rayonundan -Aliabad (Әliabad) kәndindәn Masallıya (Masala) tәqribәn 16-17-ci әsrlәrdә gәlmişlәr. Bizә çatan şifahi mә’lumatlara görә Aliabad kәndindә qalan ulu babamızın adı Şali olmuştur. Onun iki oğlu -Yardım vә Şahverәn- gәlib Qızılavar (Qızlıvo) adlı yerә çıxırlar. Şalinin övladları burada şaxәlәnirlәr.

Şahverәnin üç qızı olmuştur (Tәәssüf ki, adları mә’lum deyil). Hәmin qızların biri Molla Hüseynәli (Dәllәkoba mәhәllәsi) vә Qulamın, ikincisi Toybә mәhәllәsindә Eynәlinin, üçüncüsü Seyfәlin (Kırçoba) ulu nәnәlәri olmuşdur.

Yardımın uşaqları Ağaverdi vә Payız (bә’zi mә’lumatlara görә Abas) vә Xanımnaz olmuşdur. Xanımnaz Toybә mәhәllәsindә Hacıbabanın böyük nәnәsi olmuşdur. Hәmin qadının qızı Yaxşı Yәhyanın anası, qaynatam İzzәtin nәnәsi olmuşdur.

AĞAYEVLӘR

Ağaverdinin nәsli Ağayevlәr adlanır. Ağaverdi deyilәnә görә 120 il yaşamışdır. Onun әmisi Şahverәn ondanda çox yaşayıb. Ağaverdi üç dәfә Kәrbәla ziyarәtinә piyada getmişdir.

Onun oğlu Tarıverdi Mәşhәd ziyarәtindә olmuş, imam Rzanın qәbrini ziyarәt etmişdir.

Tarıverdinin oğlu Xudaverdi (Xodaş) Әrdәbildә İbrahim mәdrәsәsindә oxumuş, din xadimi -zakir, rozaxan- kimi tanınmışdır. Hәyatdan tez köçmüşdür.

Tarıverdinin o biri oğlu Şirәli Ağayev uzun zaman -25 ildәn çox- briqadir işlәmişdir. Haqq-әdalәti müdafiә simvoluna çevrilmişdir. İndi dә onu tanıyanlar haqqında xoş sözlәr deyirlәr.

Bir vaxt kәndimizin dәdә-baba toprağını qonşu kәndә bağışlayanlar rayonda peyda oldu. Kәndin bә’zi qüvvәlәri buna razı olmuşdular. Lakin Şirәli başda olmaqla böyük әksәriyyәt ayağa qalxıb ta Moskvaya qәdәr müraciәt etdilәr vә öz torpaqlarını qoruya bildilәr. Şirәli belә Şirәli idi.

Şirәli hәm dә sınıqçı idi. O, kәndimizin çox-çox adamlarını öz әlinin fәhmi ilә sağaltmışdır. Ömrünün 92-ci ilindә dünyasını dәyişdirdi. Allah rәhmәt elәsin.

Nuru Ağayev Böyük Vәtәn Müharibәsi iştirakçısı idi. Zabit kimi müharibәni başa vurmuşdu. Ömrünün çox hissәsini müәllim –hәrbi vә sinif müәllimi- işlәmişdi. Dünyasını dәyişmişdir. Allah rәhmәt elәsin.

Ağayevlәrin sonraki nümayәndәlәrindәn Xanәli, Xanverdi vә Camal müәllim işlәyirlәr. Ali tәhsillidirlәr.

Xanәli Tolış şairdir. Hәm Talış, hәm dә azәri türkcәsindә yazıb yaradır. Hәr iki dildә kitaplar müәllifidir. İxtisasca tarix müәllimidir. 25 il Dәllәkoba kәnd әsas mәktәbindә direktor işlәmişdir. Sonra Әfqan Mirzәyev adına Qızılavar Kәnd Orta Mәktәbindә tarix müәllimi işlәdi. İndi tәqaüdçüdür. Azәrbaycan Yazıçılar Birliyinin üzvüdür.

Xanverdi ali tәhsilli sinif müәllimidir. Nümünәvi sinif müәllimidir. Qızılavar kәnd orta mәktәbindә direktor müavini işlәmişdir. İndi tәqaüdçüdür.

Camal filoloqdur. Dәllәkoba kәnd әsas mәktәbindә dil-әdәbiyatı tәdris edir.

Camal Lәlәoğlu (Lәlәzoә) hәm dә gözәl şairdir. Lirik şe’rlәr müәllifidir. Talış vә azәri türkcәsindә  yazıb yaradır. Kitaplar müәllifidir. Folklorşunasdır. Lələzoə həmçinin talış ədəbiyyatının tənqidçilərindən biridir. Onun Z.Əhmədzadə, T.İlham, X.Tolış, B.Ruşin, B.Veşo, Vəlişah, Ə.Moxtar, Ş.Həmidi, V. Həmati və s. yazıçılar haqqında dəyərli, samballı məqalələri vardır.

Canәli Ağayev rabitә işçisidir.

Әlyar Ağayev mәdәni-maarif işçisidir.

Nuru Ağayevin uşaqlarından Bahadir, Әlәddin, Seyfәddin ali tәhsillidir. Bütün uşaqları gözәl ailә qurmuşlar.

Elnur Xanәli oğlu Ağayev Şimali Kipr Respublikasının Lefkә Avropa Üniversitetinin doçenti, tarix elmlәri doktorudur.

Yalçın, Nicat, Uğur, Toğrul, Altay, Hünәr ali tәhsillidirlәr.

Seymur Xanverdi oğlu Ağayev Türkiyә Respublikasının Rәcәp Tayyip Әrdoğan Üniversitetinin doçenti,  iqtisadiyyat elmlәri doktorudur.

Nicat Xanәli oğlu vә Taleh Әlyar oğlu “Eci-Mur” kino kompaniyasını yaradıblar. İndiyә kimi öz yazdıqları ssenari әsasında talış dilindә çoxlu filmlәr çәkiblәr.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz