Dәllәkoba Kәndi Kırçobә Mәhәllәsinin Nәsil Şәcәrәsi

Tarixçә jurnalı, nömrә 3-4, İyül-Dekabr 2004, s. 16-21.

Sәvaqәt Qurbanov / Tarixçi (1)

Kırçoba mәhәllәsinin ilk sakini olan Rәhim kişi Lerik rayonunun Şingәdilan kәndindәn buraya köç etmişdir. Onun bu mәhәllәyә köçmә tarixi 200 ildәn çoxdur. Rәhimin Mәhәrrәm adlı bir oğlu, Mәhәrrәmin isә dörd oğlu olmuşdur: Daşi, Hәşim, Şammәd, Seyidәli. Kırçobә mәhәllәsinin әsasını bu dörd oğuldan törәnәnlәr tәşkil edir. Әsas mәşquliyyәtlәrini dulusçuluq, әkinçilik, sәnәtkarlıq vә ayrı-ayrı tәsәrrüfat sahәlәri tәşkil etmişdir.

Nәslin Ali tәhsilli kişi ziyalılarının sayı 60-a qәdәrdir.

I. Nәslin Daşi qolundan törәnәnlәr haqqında qısa mә’lumat:

Bu qoldan olan kәrbәlayılar:

1. Mikayıl Qurban oğli,

2. İsmayıl Qurban oğlu,

3. Abdul Fәrәc oğlu,

4. Xalıq İsmayıl oğlu.

Hacılar:

1. İsrafil Cәbrayıl oğlu,

2. Qasım Cәbrayıl oğlu,

3. Qılman İsrafil oğlu,

4. İsmayıl Әlvan oğlu.

Tanınmış adamlar:

1. Kәrbәlayi Mikayıl - Xeyriyyәçiliyi ilә tәkcә Dәllәkoba vә onun qonşu kәndlәrindә deyil Lәnkәran rayonunun bir çox kәndlәrindә dә tanınmışdır.

2. Cәbrayıl İsmayıl oğlu - Azәrbaycanın cәnub bölgәsinin şeyxi olmuşdur. Әrdәbildә dini tәhsil almışdır. Bu bölgәdә dinin inkişafında xidmәti böyük olmuşdur. Kolxoz sәdri işlәmişdir.

3. Şәkür Mikayıl oğlu - İran İslam Respublikasında yaşamış. Din xadimi olmuşdur.

4. Kәrbәlayi Xalıq - Uzun illәr sovxos direktoru işlәmiş, çoxlu orden vә medallarla tәltif olunmuşdur.

5. Hacı İsrafil - Kolxoz sәdrindәn tutmuş bir çox dövlәt vәzifәlәrindә işlәmiş, 60-cı illәrdә Masallı rayon İcraiyyә Komitәsinin sәdri olmuşdur.

6. Hacı Müzәffәr - Böyük din xadimi olmuşdur.

7. Tahir Xalıq oğlu - Hәkim vә şair olmuşdur.

8. Şair Xalıq oğlu - Elmlәr doktorudur.

9. Subahir Xalıq oğlu - Daxili İşlәr Nazirliyi orqanlarında işlәmiş. MTN-dә idarә rәisidir. Tәhlükәsizlik xidmәti polkovnikidir.

10. Әlvan İsrafil oğlu - Daxili İşlәr Nazirliyi orqanlarında işlәmişdir.

11. Qılman İsrafil oğlu - Vergilәr Nazirliyindә işlәyir.

12. Sәvaqәt İman oğlu - Qızılavar әrazi nümayәndәsi işlәmiş. Tarix müәllimidir. Bәlәdiyyәnin üzvüdür.

13. Mahir Xalıq oğlu - Qızılavar әrazi nümayәndәsidir. Xarici dil müәllimidir.

II. Kırçobә mәhәllәsinin Rәhim-Mәhәrrәm nәslinin Hәşim qolundan olanlar haqqında mә’lumat:

Bu qoldan olan kәrbәlayılar:

1. Novruz Hәşim oğlu,

2. Mirzә Әbulfәz oğlu.

Tanınmış adamlar:

1. Әşrәf Әbulfәz oğlu - Huquqşunasdır. Uzun illәr xalq hakimi işlәmişdir.

2. Muxtar Әbulfәz oğlu - Masallı rayon Partiya Komitәsindә tәlimatçı, sovxoz direktoru işlәmiş. Hazırda Masallı rayon torpaq vә xәritәçәkmә komitәsindә işlәyir.

III. Kırçobә mәhәllәsinin Rәhim-Mәhәrrәm nәslinin Şammәd qolundan olanlar haqqında mә’lumat:

Bu qoldan olan kәrbәlayılar:

1. Mütәllim Rüstәm oğlu,

2. Gülmәmmәd Rüstәm oğlu.

Tanınmış adamlar:

1. Molla Rza Şaban oğlu - Әrdәbildә tәhsil almış. Din xadimi olmuşdur.

2. Yusif Әli oğlu - Masallı rayon Partiya Komitәsindә tәlimatçı, Yardımlı rayon Partiya Komitәsinin birinci katibi işlәmiş. Masallı Mәşğulluq idarәsinin rәhbәridir.

3. Akif Mütәllim oğlu - Milli Mәclis katibliyindә işlәmişdir.

4. Әhmәd Rza oğlu - Müәllim. İctimai әsaslarla kәnd mәhkәmәsi işlәyir.

IV. Kırçobә mәhәllәsinin Rәhim-Mәhәrrәm nәslinin Seyidәli  qolundan olanlar haqqında mә’lumat:

Seyidәli Qızılavar kәndinin Peysә mәhәllәsinә arvadının ata yurduna köçüb. Bu qoldan törәnәnlәr hazırda әsasәn Peysә mәhәllәsindә yaşayırlar.

Hacılar:

1. Rәfiәli Seyidәli oğlu,

2. Sәlimxan Әğәli oğlu,

3. Akif Әğәli oğlu,

4. Müsәnnif Sәlimxan oğlu.

Tanınmış adamlar:

1. Әğәli Talıb oğlu - Molla olmuşdur.

2. Akif Әğәli oğlu - Azәrbaycan Respublikası Xarici İşlәr Nazirliyindә işlәyir.

3. Malik Әgәli oğlu - Әlvan Sәnaye Nazirliyindә işlәmişdir.

4. Sәlimxan Әğәli oğlu - Rus dili müәllimi. Bakıda mәscid şeyxidir.

5. Pirәli Mәzahir oğlu - Bәdәlan peşә mәktәbindә direktor müavini işlәmiş. Tarix müәllimidir.

 

[1] Bu şәcәrәnin tәrtibindә ola bilsin yanlışlığa yol vermişәm. Bunun üçün әvvәlcәdәn üzr istәyirәm.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz