Müqәddәs Yerlәrimiz - Peysә qәbristanlığı

       

Şair - Tarixçi

Qızılavarın әn müqәddәs ocaqlarından biri dә kәnd qәbristanlarıdır. İndi kәndimizdә 4 qәbristanlıq var. Yazıda Peysә mәhәllәsindә yerlәşәn qәbristanlıqdan bәhs edilәcәk.

Kәndin Peysә mәhәllәsindә yerlәşәn bu ocaq dörd mәhәllәyә -Peysә, Leyson, Toybә ve Kırçobә- mәhәllәrinә xidmәt edir. Keçmiş Masallı-Boradigah yolunun kәnarında yerlәşir (İndiki Masallı-Boradigah yolu qәbristanlıqdan 300-400 metrә uzaqdır). Qәbristanlığın yeri hündür bir tәpәdir. İlin hәr vaxtında bu müqәddәs tәpәnin üstündә meh әsir ...

Qәbristanın hündür tәpәdә yerlәşmәsi dә sinvolikdir. Dünyasını dәyişdirәnlәri hamıdan uca tutduqlarına görә bizim ağıllı, usaqgörәn babalarımız onları belә hündür tәpәdә torpağa veriblәr.

Eşitdiyimizә görә qәbristanın yerlәşdiyi tәpә Qoçabәy adlı kәndin ilk sakinlәrindәn olan kişiyә mәxsus olmuşdur. O, tәpәni qәbristanlıq üçün camaata bağışlamışdır (vәxv etmişdir). Vaxtilә tәpә nil, dәmirağac, palıd, şümşad vә digәr ağaclarla örtülü olmuşdur. Әsıl meşә olub. Ümumiyyәtlә, deyilәnlәrә görә bura mәskunlaşanda başdan-başa meşә olmuş, sonralar abadlaşdırılmışdır. Hal-hazırda qәbristanda hәmin qiymәtli ağacların nümunәlәri qalmışdır. Heç kim bu ağacların yaşını dәqiq deyә bilmir. Dünyasını dәyişmiş 100-ә qәdәr vә 100-dәn çox yaşamış Müseyib, Şirәli, Mәmmәdәli kişi vә başqaları da deyirdilәr ki, onlar hәmәn ağacları belә dә görüblәr.

Hal-hazırda vaxtilә (25-30 il әvvәl) qәbirlәrin bә’zilәrinin üstündә gördüyümüz qoç heykәllәri әsrlәr boyu burada olmuşdur. 50-60 il әvvәl vәfat edәnlәr öz sağlığında hәmin heykәllәrin çox qәdim olduğunu deyirdilәr. Bәlkә dә 14-15 әsrlәrә gedәb çıxır bu tarixçә. Hәr halda yaşlıların dediyinә görә Qızılavar qәbristanı әn qәdim qәbristandır.

Dildәn-dilә keçmiş, әfsanәlәşmiş söz-söhbәtlәrә görә burada 120 yaşlı Balabacı, 100-dәn çox yaşamış Ziba, 128 il yaşamış Şahverәn, 118 il yaşayan Ağaverdi, 110 il ömr eylәyәn Әbdülәli, 100-dәn çox yaşayan Müseyib, Sәfәrәli, Әli mamu (әmi) kimi uzunömürlülәr burada yatıblar.

Burada kәndimizin vә Talış mahalının görkәmli din xadimlәri molla Eynulla, molla Sәrdar, molla Rza, molla Cәbrayıl, molla Әzizulla, molla Mirzәcan, molla Tağı, molla Ağali, molla Xudaş, hәkim Nadir Mәmmәdov, şair Tofiq İlham, müәllimlәrdәn Vahab müәllim, Taci müәllimә, Muxtar Әlizadә, mühüm vәzifәlәrdә xalqa xidmәt eylәyәn Ruhulla İsayev, Xalıq Qurbanov, Әli Mәmmәdov, Zәkәriyyә Qәnbәrov, Şirәli Ağayev kimi şәxsiyyәtlәr yatır.

Burada müqәddәs seyidlәr Mir Әkbәr, Seyid Miri, Mir Qubad kimi pak vucudlar uyuyur. Burada sadә zәhmәt adamların - kәndimizin inkişafında әvәzsiz xidmәtlәri olan adamların ruhu dolaşır.

Allah onların ruhunu şaq elәsin! Amin.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz