Bir şәkilin tarixçәsi...

Şair / Tarixçi

1967-ci ildə mən Qızılavar 8 illik məktəbində həm ilk partiya təşkilatı katibi, həm də məktəbin tarix müəllimi idim. O zaman Böyük Oktyabr Sosialist inqilabının bütün ölkədə (SSRİ-də) 50 illiyi qeyd olunurdu. Bütün müəssisələr, idarələr, məktəblər bu bayram münasibətiylə tədbirlər hazırlayıb həyata keçirirdi. Qocaman kommunistlərlə, komsomolçularla, əmək adamları ilə, müharibə veteranları ilə görüşlər keçirilirdi. Biz də “hampadan geri qalmamaq”  üçün kəndin görkəmli adamları ilə şagirdlərin görüşlərini keçirirdik.

Növbəti görüşü 1920-ci ilin mayından Sov. İKP-nin üzvü olan, ömrünün on ilini (1937-1947) əvvəlcə “Sıə baydəğ” (“Qırmızı bayraq”), daha sonra Litvinov adına kolxozun sədri olmuş Nüsrət Məmmədvəli oğlu Məmmədov ilə keçirdik.

Görüş maraqlı keçdi. Nüsrət baba ötüb-keçənləri dilə gətirdi, mübarizə illərindən qısa söhbət açdı.

Onun boynuna qırmızı pioner qalstuku taxıldı. Nüsrət Məmmədov fəxri pionerliyə qəbul edildi.

O zaman mən də bir partiya təşkilatı katibi kimi onun yanında durmuşdum. Söhbət qısa oldu, görüş qurtardı. Nüsrət Məmmədov yə’qin ki, o zaman ömrünün 80-ci ilini yaşayırdı.

Uşaqlar dağılandan sonra Nüsrət kişi dedi:

- Zə, Ağaverdi nəvə, çımı sıxanon mandin oxo. (Adə, Ağaverdinin nəvəsi, mənim sözlərim bitmədi axı).

(O, mənim ulu babam Ağaverdini görmüşdü, onun dövründə 30-35 il yaşamışdı.)

Mən ona dedim:

- İnşallah yeni bir görüş keçirərik bütün ürəyindəkiləri söyləyərsən.

Həyat bizim sifarişimizlə hərəkət etmir. Az keçmədi ki, Nüsrət kişi həyatını dəyişdi. Canlı tariximiz olan Nüsrət kişi öz sinəsində kəndimizin tarixini apardı.

Aşağıda gördüyünüz şəkil həmin görüşdən bir yadigardır.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz