Mәdәli Hüseyni kә

(Mәmmәd oğlu Hüseynin evi)

 

 

 

 

Şair / Tarixçi

Qızılavarda “Mәdәli Hüseyni kә” deyilәn qәdim bir bina vardır. Hәmin evin yaşı qocaların dediyinә görә 250-300 ildir. Bәlkә dә çoxdur, azdır, hәr halda bizә çatan mә’lumat belәdir.

Bu bina Azәrbaycan türkçәsindә “Mәmmәd oğlu Hüseynin evi” adlanır. Talışlar Mәmmәd adını әzizlәyib “Mәdәli” kimi ifadә ediblәr. Ulu baba Mәmmәd, onun oğlu yenә Mәmmәd, nәvәsi Hüseyn, Hüseynin oğlu Qulam müәllim bu evdә yaşamışlar. Qulam müәllim adaxlı ikәn Böyük Vәtәn Müharibәsinә gedib qayıtmamışdır. Hal-hazırda hәmin evdә Hüseynin (o hәm dә Mәşәdi olub) qız nәvәsi Aslan İsayevin ailәsi yaşayır.

“Mәdәli Hüseyni evi”nin birinci mәrtәbәsi çiy kәrpicdәn hörülmüşdür. Divarın eni 60 sm-dәn çoxdur. Otaqlarda qab-qacaq qoymaq üçün xeyli rәflәr (talışca rәfon) düzәldilmişdir. Evin ikinci mәrtәbәsi ağacdan, taxta parçalarından tikilmiş, onların araları samanla qarıştırılmış palçıqla doldurulmuşdur. Belә hazırlanmış divarın üstü palçıqla suvanmışdır. İkinci mәrtәbәnin tavanı da palçıqla suvanıb ki, evә soyuq daxil olmasın. Evin damı kirәmidlә (saxsı kirәmid - soğal ilә) örtülmüşdür. Evin damının әtrafında taxta üzәrindә bәzәklәr vurulmuşdur. Uzun illәrin zәlzәlәlәri, tufanları, külәklәri evә zәrrәcә tә’sir etmәmişdir.

Evin sahiblәri müqәddәs şәxsiyyәtlәr olmuşdur. Baba Mәmmәd, oğlu Mәmmәd, nәvә Hüseyin dәfәlәrlә Kәrbәla, Mәşhәd ziyarәtlәrindә olmuşdur. Baba Mәmmәd kişinin vәsiyyәti әsasında onun sümüklәrini aparıb Kәrbәlada İmam Hüseynin qәbrinin hәndәvәrindә dәfn ediblәr. Allah onları rәhmәt elәsin.

Sovet hökümәti dövründә kolxoz evi anbara, mәktәbә, uşaq bağçasına çevirmişdir. “Haqq nәzilәr qırılmaz” deyib atalarımız. Mәşәdi Hüseynin oğlu Qulam müәllim müharibәdә hәlak olsa da evin çırağı sönmәdi. Ulu tanrı hәmin çırağı Aslanın әli ilә yandırdı.

Bu evdә Balabacı nәnә 120 il ömr elәmiş vә 1970-ci ildә vәfat etmişdir.

Kәndin ictimaiyyәti “Mәdәli Hüseyni eәi”ni kәndimizin canlı tarixi kimi tanıyır vә onun dövlәt tәrәfindәn qorunmasını istәyir. 


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz