Qızılavar diyarşünaslıq müzeyi

Səxavət Qurbanov / Tarixçi

Əfqan Mirzəyev adına Qızılavar kənd orta məktəbində diyarşünaslıq müzeyi 2002-ci ilin yanvar ayında yaradılmışdır. Təşəbbüs mənim, məktəbin tarix müəllimi Qurbanov Səxavət İman oğlunun olmuşdur. Mən məktəbdə kəndin tarixini əks etdirən müzey yaratmaq istədiyimi məktəbin direktoruna bildirdim. Direktor bunu müsbət qarşıladı və dərhal müzey üçün otaq ayırdı. Mən böyük həvəslə işə başladım. Əvvəlcə dərs dediyim siniflərdə uşaqlara müzeyin yaradılmasının məqsədini, əhəmiyyətini izah etdim. Müzeyə verilən əşyanın kimə məxsus olduğunun, kim tərəfindən, nə vaxt verildiyinin qeyd olunacağını bildirdim. Müəllimlərə müraciət etdim. Artıq fevral ayında müəllim və şagirdlər bir-birinin ardınca müzeyə qədim əşyalar təhvil verməyə başladılar.

Tarix müəllimləri Pirəli Əliyev, Xanəli Ağayev mənə böyük köməklik etdilər. Kənd camaatı da məktəbdə müzey yaranmasını alqışladı. Kəndin yaşlı nəsli bu işdə fəal idilər. Onlar sevinirdilər ki, muzeyə təhvil verdikləri əşyalar gələcək nəslə onlardan yadigar qalacaq. Onların adları kəndin tarixində yaşayacaq.

70-80 yaşlı kənd zəhmetkeşləri kərbəlayi Vəkilin, Gülhəsən kişinin, Qardaşxan kişinin müzeyə əşya təqdim etməsi hamının diqqətini cəlb etdi. Umumiyyətlə kənd əhalisinin müzeyə münasibəti yaxşıdır. İmkan düşən kimi köməklik edirlər.

Hazırda müzeydə müxtəlif dövrlərə aid 100-dən cox əşya vardır. Numizmatika bölməsində 300 ədəddən çox qədim, ayrı-ayrı dövrlərə aid sikkə və pullar yığılmışdır. Kəndin tarixi ilə bağlı, adamlar haqqında mə’lumat toplanılıb. Bəzək əşyaları bölməsində 19-cu əsrin ortalarına aid boyunbağı, bilərzik, muncuq, sırğa və s. vardır. 80-100 il bundan əvvələ aid doldurma, vişovka, novlu tikmələr, qıyğəc var. Dulusçuluq məmulatların, məişət əşyaların, əkincilik alətlərin və s. əşyaların bir hissəsinin adlarını qeyd edirəm: polokırçəkə-plovu isidən əşya, dizə-çölmək, eyvonə-dizənin qapagı, sac, mavlə, qoduş, bızək, hımbə, niə, kiəvə, nunəlokə, vəlokə, tos, samovar, ço, lampa, giv, bozo, kəl arabasının təkəri, tüfəng, həsir və onu toxuyan dəzgah (dasko), xış ağzı, nizə, duk, vış, boşqab.

Qeyd: Mən hələ orta məktəbdə oxuyanda məndə kəndin tarixini əks etdirən müzey yaratmaq həvəsi yaranmışdı. 70-ci illərin əvvəlində tarix müəllimimiz Xanəli Ağayev müzey yaratmaq üçün sinfimizdəki şkafa xeyli qədim əşya yığmışdı. Mən də digər şagirdlər kimi bu işdə xususi fəallıq göstərdim. 1981-ci ildə mən Qızılavar orta məktəbində işə başlayanda Xanəli müəllim artıq başqa məktəbə direktor tə’yin olunmuşdu. Müzey  əşyaları isə məktəbdə qalmamışdı.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz