Lәm

Şair / Tarixçi

Lәm- Talış zonasında ilin isti vaxtlarında ailәlәrin yaşayış yeri olmuşdur. Lәm adәtәn iki mәrtәbәli olurdu. Birinci mәrtәbә yerdәn 1-1.5 metr hündürlükdәydi. İkinci mәrtәbә ilә birinci mәrtәbә arasında mәsafә 2-2.5 metrә qәdәrdi. İkinci mәrtәbә ya ağac dirәklәr üzәrindә, ya da kәrpic sütunlar üzәrindә olurdu.

İkinci mәrtәbә ağacdan-taxtadan olurdu. Lәmin istәr aşağı, istәrsә dә yuxarı mәrtәbәsinin әtrafında divar olmazdı. Әtrafı açık olurdu. Hava sәrbәst daxil olardı. İkinci mәrtәbә әtrafında sürayi olurdu. Keçmişdә Lәmin üstü lığ ilә örtülәrdi ki, lәm sәrin olsun.

50-60 il bundan әvvәl kәndin bütün hәyәtlәrindә lәm var idi. İndi isә Qızılavarda Siyab Mәmmәdovun hәyәtindәki lәm qorunub saxlanmışdır.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz