Tәnu (Tәndir)

Elnur AĞAYEV / Tarixçi

Tәndir nәdir?

Tәndir çörәk bişirmә vasitәsidir. Amma lazım olduğu zaman tәndirdә balıq, quş, toyuq qızartılır, kәbab vә xörәk bişirilir, su isidilir.  

Tәndir oturaq hәyatın mövcud olduğunu göstәrәn maddi mәdәniyyәt ünsürlәrindәn biridir. Azәrbaycanda Neolit dövründәn mә’lumdur. Eyni zamanda Yaxın Şәrq, Orta Asiya vә Qafqaz xalqları arasında da geniş yayılmışdır.[1] Hәtta tәndirin adından törәyәn kәnd adı da vardır.[2]

Tәndirin yeraltı vә yer üstü şәkillәri vardır. Yeraltı tәndir torpağa basdırılmış şәkildә, yer üstü tәndir isә torpağın üstündә olur.

Etnoqrafik müşahidәlәr Azәrbaycanda tәndirin 3 növünün olduğunu göstәrir. Bunlar döymә, badlı vә kәrpic növlәridir.[3]

Azәrbaycanın oturaq xalqlarından olan Talışların yaşadığı Qızılavar kәndindә dә tәndir geniş yayılmışdır. Qızılavar kәndindә dә tәndirdәn әsasәn cörәk bişirmәk, bә’zәn dә yemәklәrin bişirilmәsi üçün istifadә edilir.

Azәrbaycanın Talış bölgәsinin çox yerindә olduğu kimi Qızılavar kәndindә dә tәndirin yer üstü növü yayğındır. Hәtta yer altı tәndirә heç rastlamak mümkün deyildir.

Tәndir necә düzәldilir?

Tәndir torpaqdan düzәldilir. Belә deyirlәr ki, tәndir çörәyә torpağın dadını verir. Әgәr torpağı yaxşıysa, bişәn çörәk dә dadlı olar. Onun üçün dә tәndirin düzәldilmәsindә hәr torpağdan istifadә etmәzlәr. Tәndirin torpağı xüsusi olur.

Sarı rәngdә olan torpağa saman vә su әlavә edәrәk ayağla tapdalayırlar. Palçıq hazır olandan sonra müәyyәn bir sürә gözlәyirlәr ki, palçıq özünü tutsun. Sonra palçığı 30-40 santimetr uzunluğunda bürmәlәyirlәr (bu bürmәyә talış dilindә piçәnә deyilir). Bu bürmәlәr әl içinә sığacak qalınlıqda olur.

Tәndirin eni әvvәlcәdәn bәlli edilir. Bürmәlәr bәlli edilәn en üzәrinә qoyulur. Bürmәlәr üst üstә qoyularak tәndirin boyu yüksәldilir. Tәndirlәrin boyu ümumiyyәtlә 1 metrәyә yaxın olur.

Tәndirin ağzına doğru eni azaltılır vә tәmәldәki eninin 3/1 qәdәr olur. Tәndirin boyunu yüksәltirkәn bir qadın da tәndirin içindә oturaraq iç hissәsinin qabarını, әyrisini düzәldir. İçinә girәn qadın hәr zaman zәyif biri olmalıdır. Çünkü daha sonra tәndirin daralmış boğazından çıxmaq lazımdır.

Tәndiri düzәltdikdәn sonra onu günәşә çıxarmazlar. Kölgә bir yerә qoyurlar vә tәndir bu kölgәlik yerdә zamanla quruyur. Tәndiri düzәltdikdәn 2-3 gün sonra daşla tәndirin divarlarını döyürlәr ki möhkәm olsun.

Tәndir quruduqdan sonra 2 yan tәrәfindә tam aşağıda üz üzә gәlәcәk şәkildә tәndiri yandırarkәn hava alması üçün yarığ (qıflә) açarlar. Tәndirin hava almasını istәyәndә qıflәyi açar, söndürmәk istәyәndә isә bağlayarlar. Qıflә tәmiz, pak әskidәn hazırlanır.

Tәndirin ilk dәfә yandırılması

Tәzә tәndiri yandırarkәn evdә bayram olur. Tәndiri ilk dәfә yandıranda içinә yanmaq üçün böyük odunlar (kötüklәr) qoyulur. Yavaş vә uzun zaman yanması üçün әsasәn dәmir ağacı vә onun kimi odunları tәndirә atırlar.

İlk çörәk bişirәndә bayramlıq çörәklәr (zerәnә kukә, ruәninә kukә) bişirirlәr. Tәndirin ilk nubarından qohum qonşuya da pay verirlәr.

Tәndiri kimlәr qurar

Tәndir qurma işini qadınların çoxu bilir. Ancaq hәr qadın buna cürәt etmәz. Әsasәn bu işdә tәcrübәsi olan vә hәm dә yaşlı qadınların (kanә jenon) rәhbәrliyi ilә tәndir qurulur.

Hәr kәndin öz mәşhur tәndir düzәldәnlәri olduğu kimi Qızılavar kәndinin dә mәşhur tәndir quranları olub vә indi dә var:  Xәdicә Fәrәcova, Xanım Әhmәdova, Bәsti Eyvazova, Sora Nәsirova, Reyhan Әhәdova, Nazi Mirzәyeva, Anağız Novruzova, Nuşәvәri Nәzirqızı vә s.

Tәndiri qurmaq üçün çağırılan qadına ev sahibi pul vә müxtәlif hәdiyәlәr verir. Mәsәlәn sabun (әtrә subun), paltarlıq parça, noğul, şәkәr vb.

Kәndimizdә әvvәllәr tәndir satılmazdı. Amma son vaxtlarda iqtisadi vәziyyәtin pislәşmәsi nәticәsindә kәndimizdә dә tәndir satılmağa başlanmışdır.[4]

Tәndirin hәyәtdәki yәri

Әvvәllәr ancaq imkanlı ailәlәr tәndir üçün tәndirxana (tәnuәco) tikәrdi. Kasıb olanlar isә tәndiri yağışdan, qardan qorumaq üçün tәndirxana tikә bilmәz vә tәndirin üstünә hәsir, qamış (leğ) qoyardılar. İndi isә demәk olar ki, hәr kәsin hәyәtindә tәndirxana var.

Tәndirxana sadәcә tәndiri yağışdan vә qardan qorumaq üçün deyildir. Tәndirxanaya tәndirdә yandırmaq üçün odun (ezım), çırpı (çilә), tәzәk (sılәputә) dә yığırlar.

Tәndirxana әsasәn hәyәtin qәrb tәrәfindә tikilir. Çünkü tәndir yandırılanda tüstü evin üstünә gәlmәsin. Tәndirxananı evinin şәrq tәrәfindә tikәnlәr isә tәndir yandırılan günlәrdә mәcburәn tüstüdәn әziyyәt çәkirlәr. Yanğın çıxmaması üçün dә tәndir tövlәyә hәmişә uzaqda olmalıdır.

Tәndirdә çörәk bişirmә

Tәndirdә çörәk bişirmә işi xәmirin yoğrulub, kündәlәnib tәndirxanaya gәtirilmәsi ilә başlayır. Hәlә xәmir kündәlәnәndә tәndiri qalamaq lazımdır ki, kündәlәr hazır olanda tәndir dә isti olsun. Kündәlәnmiş xәmiri tәndirә gәtitirkәn xәmirlәrin bir-birinә yapışmaması üçün aralarına parça qoyulur vә bu parçaya dastәxon deyilir

Tәndiri qalamaq üçün (tәnu sәnoe) içinә çırpı (çilә), tәzәk (sılәputә), kötük (kındә) doldururlar. Daha sonra qıflәlәrdәn od yandırırlar. Kündәlәr tәndirxanaya gәtirilәndә tәndir artıq hazır olur. İçindәki  közlәr tәndirin divarlarına istilik verir.

Kündәlәrin üzәrinә ayran sürüldükdәn vә çәngәllәndikdәn sonra kündәlәri tәndirә yapmaq mәrhәlәsi gәlir. Kündәlәri tәndirә yaparkәn (nun ojәne) qadınlar әllәrini istidәn qorumaq üçün әllәrinә bir parça bükürlәr. Bu parçaya da talış dilindә dastәvistә deyirlәr. Kündәlәri yaparkәn qadınların yanlarında bir uşaq da olur. Uşaq tәndirә yapılan kündәlәri gözәtlәyir ki, әgәr kündәlәr düşәrsә (kulә şe) o anda xәbәr versin, qadın da kündәnin üstünә әliylә basaraq düşmәsini әngәllәsin.

Tәndirin istiliyi qıflәlәri açmaq vә ya yerlәrinә taxmaqla kontrol edilir. Tәndirdәki közlәri qarıştırmak üçün dә bısk adlanan alәtdәn istifadә edilir. Bıskә keçә isә çörәyi tәndirdәn qoparmaq üçün lazım olur.

Tәndir haqqında inamlar, ata sözlәri vә şe’rlәr

Tәndirdә bişәn çörәk müqәddәs olduğu kimi, tәndir dә xalq arasında hәmişә müqәddәs bir dәyәr olaraq qorunmuşdur. Vә xalq onun haqında çoxlu ata sözlәri vә şe’rlәr demişdir:

¨         Kündә yaparkәn kimsә tәndirә yaxın gәlmәmәlidir, yoxsa kündәlәr kütә gedәr (Nun ojәnәdә bә tәnu co kәs bebi nez mәşiy, yoxsә nun bә kulә bәşe).

¨         Tәndirә and içilir, onu dağıtmak isә günahdır (Bә tәnu ğәssәm hardәn, ey volo karde isә qınoe).

¨         Axır çәrşәnbә axşamı tәndirin içinә iki yumurta, qırmızı vә qara yazan qәlәm qoyulur vә niyyәt tutulur. Bir gün sonra onlar tәndirdәn alınır. Әgәr yumurtalar qırmızı rәnglә boyanmışsa niyyәtin tutar, qara rәnglә boyanmışsa niyyәtin tutmaz deyirlәr.

¨         Gözündә it dirsәyi çıxdığı zaman tәndiri qucaqlasan gözün sağalarmış (Tәnu bә vanqo bıqәtoş ıştı çәşi qandımә gin bәbe).

¨         Nә qәdәr tәndir istidir, çörәyi yap (Tәnu çanә tate, hәmi ojәn).

 

Tәndir haqqında tapmaca (ağılbılıvon, bızül) da vardır:

Qәvış ve yole,

Kәmonış hıle

vә ya

Qәvış oje, kәmonış hıl (tәnu)

 

Azәrquli tәnu

Azәrquli bәştә dodo

Ruji bışdәno

Doşe noe qle tәnu

Kumә peştono.

Tәnu ıştәn çı cur tәnu?

Bılbıli lonә,

Odәmi pidә eqәti

Ey bәşdә sinә.

Çәğın peqәtışe çәxo

Dı ruj davarde,

Bәştә tәnu dı vırәdә

Qıflә okarde.

Dı qle qırdә sığıyәn

Çan ruj çan kәrә,

Kuşe ıştә tәnu dılә

Vırәbә vırә.

Joqo nıko çı tәnu

Çokә nun әvәni,

Iştә dodokuş umutә

Hәmә ovoni.

Dı manq davarde bәpeştә

Tәnuş osute,

Bә çәş nıvoy otәşәdә

Muşәn pesute.

İkәrәdә әlov ros be

Tәnu qәvәdә,

Jıbzon natışon peşande

Sute hәvoәdә.

In әlovi vindәcәğın

Azәrqul tarse,

Lınqiş jinton

Jı bızın ki,

Zәminәn fırse.

Bәikkәrә jeşe zikqә

Vay tәnum sute!

Iştә qәdә vedrәş peәtә

Bı ovi vite.

Vardışe ov ekardışe

Bәsә sıә tәnu,

Cızış karde çı oviku

Pa-pa be tәnu.

Vakardışe ıştә dodo

Nışte bı bәme.

Әçey dodo zınәcәğın

Çiçe mәsәlә,

Votışe ki, çımı balә,

Tı mәbәm hәlә.

Bıvot bıçi, dodo ğıbon,

Tı joqo karde!

Sute-sute bәsә tәnu

Ovı ekarde?

- Dodo, dodo, şinә dodo

Tı mәku mıni!

Joqom zıne otәş veye

Bәsute tәnu!

Azәrquli dodo bı koy

Sıre votışe:

- Çımı balә, tәnu hәmro

Hojo otәşe.

Zәrәrış ni davarde şe

Mәbәm tı hәni,

Tul bәvamon bәnom boto

Qle co tәnu.                            Tofiq İiham, Kafte, Bokü 1993, s. 95-96.

 

 

 

 

 

[1] “Tәndir”, Azәrbaycan Sovet Ensiklopediyası, IX cild, Bakı 1986, s. 250

[2] Lerik rayonunda Tәndül adlı kәnd vardır. Tarixçi Musarza Mirzәyevә görә bu kәnd adı “tәni tül” adından yaranmışdır. Tәni (tәnü) tәndir, “tül” isә palçıq demәkdir. Bu mövzuda bax. Musarza Mirzәyev, Talış toponimlәrinin qısa izahlı lüğәti, Bakı 1993, s. 34.

[3] Bu növlәr haqqında daha çox mә’lumat üçün bax. Hәbil Hәbilov, Azәrbaycan Etnoqrafiyası, Bakı 1991, s. 136-138.

[4] Onu da xatırlatmaq istәyirәm ki tәndir satmaq işi tәkcә bizim kәndә deyil, digәr kәndlәrdә dә var. Xaricdә dә buna bәnzәyәn hadisәlәr var. Mәsәlәn indi Türkiyәdә tәkcә tәndir düzәldib satmaq işiylә mәşğul olan kәndlәr var. Onlar tәndiri hәm Turkiyәdә satır, hәm dә xarici ölkәlәrә göndәrirlәr.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz