El sənətimiz: dulusçuluq

 

 

 

 

Metin Kutusu: Şair / Tarixçi

 

Dulusçuluq gil mə’mulatının hazırlanması və bişirilməsi ilə məşğul olan sənət sahəsidir. Erkən neolit dövründə yaranmışdır. Dünyanın böyük kəşflərindən sayılan dulusçuluq insanın mədəni həyata keçişinin də əlamətlərindən biri sayılmaqdadır. Bu sənət sahəsi min illər ərzində inkişaf edərək təkmilləşmişdir.

Arxeoloji materiallar göstərir ki, dulusçuluq Azərbaycanda Tunc dövründən başlayaraq yayılmışdır. Azərbaycanın bir çox rayonu bu sahə üzərində ixtisaslaşmışdır. Məsələn Quba, Qəbələ, Lənkəran, Astara, Şəki və s.

Rayonumuzun da bir çox kəndlərində dulusçuluq əşyaları istehsal olunmuş və bu gün də istehsal oyunmaqdadır. Bu sahədə rayonumuzun Ərkivan kəndi məşhurdur. Ayrıca Mahmudavar kəndində də insanlar bu sahəylə məşğəl olmuşdur.

Kəndimizdə ayrı ayrı həyətlərdə və Piə Seydin qəbri ətrafındakı sahədə müxtəlif saxsı qabların tapılması burada da dulusçuluğun qədim zamanlardan bəri var olduğunu göstərir.

Kəndimizdə bilmədiyimiz tarixlərdə başlayan saxsı qablar istehsalı XX əsrin 80-ci illərinə qədər davam etmişdir. Kəndimizdə bir çox həyətdə saxsı qablar hazırlanmışdır, amma, bu sahədə ixtisaslaşanlar əsasən Kırçoba məhəlləsində yaşayan insanlar olmuşdur. Əsas istehsalcıları bunlardır: Səkinə Eyni qızı, Mirvari Baba qızı, Qızbəs, Bənövşə Dövlət qızı, Xanım İsmayıl qızı, Ceyran Rəhim qızı, Əsbət İsa qızı, və s.

Metal əşyalar məişətimizə yerləşdikdən sonra saxsı qabların istehsalı da yavaş-yavaş unutulmaya başlanmışdır. İndi daha çox yaşlı nəslin bildiyi bu sənət növü belə oxşayır ki, onların dünyalarını dəyişmələriylə tarix olaçaqdır.

İndi istehsal olunmayan saxsı qabların bir çoxunun nümunələrinə Qızılavar kənd diyarşünaslıq muzeyində rast gəlmək olar. Burda isə biz bu əşyalarım bəzilərinin istifadə edilməsi haqqında mə’lumat veririk.

Plovqızdıran - (Talışca polokırçəkə): Məişət əşyasıdır. Keçən əsrin 70-ci illərinə kimi kəndimizdə bu saxsı qabdan istifadə olunmuşdur. Ondan sadəcə bizim kənddə deyil, qonşu kəndlərdə də istifadə olunub.

Çölməkdə (talışca dizə) plov bişirərdilər. Axşam şam yeyəndən sonra artıq plov qalardı. Bu artıq qalan plovu səhər polokırçəkənin üstünə tökər və buxarıda topalanmış közün qabağına qoyardılar. Və bu şəkildə plovu qızardırdılar. Bu qızarmış plova da talışca kırçə polo deyirdilər. İnsanlar bu qızardılmış plovu camış qatığı (qumuşə most) ilə, qaymağla (xomətu) yeyər və işə yollanardılar.

Çölmək  - (Talışca dizə): Bu məişət əşyası xüsusi palçıqdan hazırlanırdı. Hazırladıqdan sonra onun hər tərəfi hamarlanırdı. Bundan sonra isə onu kiçik kürələrdə ehmalca bişirərdilər - yandırardılar. Çölmək müxtəlif məqsədlər üçün istifadə olunmuşdur. Çölməkdə əsasən plov bişirərdilər: Ağ düyü plovu (sipyə polo), lərgə plovu (laqə polo), mərci plovu, borani plovu, lobya plovu, kişmiş plovu, paxla plovu (boxlə polo) və s. Həmçinin onun içində bozbaş, ğəylə, balıq ləvəngisi bişirilərdi. Bir sözlə dadlı yeməklər saxsıdan olan çölməkdə bişirib süfrəyə qoyardılar.

Çömləyin içində həmçinin qatığ saxlanılırdı. Bu çömləyə də talış dilində mostə dizə deyərdilər.

 Çölmək qapağı - (talışca eyvonə): Çömləyin ağzına qoyulardı ki, xörək yaxşı bişsin və yaxşı dəm alsın.

Aşsüzən-plovsüzən - (talışca poloparzın): Müasir metal aşsüzənlərin meydana gəlməsinə qədər kəndimizdə (həmçinin bölgəmizdə - bütün Azərbaycanda) saxsıdan hazırlanmış aşsüzənlərdən istifadə olunurdu. Onu bir vaxtlar bizim kəndimizdə də istehsal ediblər. Əsasən kəndimizin Kırçoba məhəlləsində istehsal ediblər. Əvvəlcə o da çölmək (dizə) kimi palçıqdan hazırlanıb, qurudulub, sonra isə xüsusi xırda kürələrdə tədricən yandırılmışdır.

Saxsı aşsüzənlərin metal (istər mis, istər aliminum) aşsüzənlərdən üstünlüyü o olmuşdur ki, saxsının heç bir qoxusu olmur. Metalın isə qoxusu və zəhərləmə verə bilmək qorxusu var.

Bir müddət həm saxsı, həm də metal aşsüzənlərdən yanaşı məişətdə istifadə olunmuşdur. XX əsrin II yarısında metal aşsüzənlərin kütləvi istehsalı saxsı aşsüzənləri aradan çıxarmışdır.

Yaşadığımız dövrdə Qızılavar kəndində saxsı qablar istehsalı tamamilə dayandırılmışdır. Qonşu Ərkivan (talışca Akon) kəndində bə’zi ustalar var ki, onlara sifariş veriləndə saxsı aşsüzən və digər mə’mulatları hazırlayırlar.

Saxsı aşsüzənnin plovu da dadlı olurdu, həlimi də. Hətta həkimlər bə’zi xəstələrə həmin həlimi dərman yazardılar.

Çıraq-qara çıraq – (talışca ço, siyo ço): Uzun əsrlər boyu -ta XX əsrin III rübünə kimi çıraq (ço) məişətimizdə işlədilmişdir. Onun hazırlanma texnikası o qədər də mürəkkəb olmamışdır. Bir tərəfində qulp (tutacaq) bir tərəfində əski (parça) keçirmək üçün lüləsi olur, orta hissəsi neft doldurmaq üçündür. Əl batareyası, fənər və digər işıq vasitələri olmayanda çıraqdan istifadə olunurdu. Xüsusən gecələr sahələrdən ilbiz yığanda, qonşuya gedəndə, uzağa gedəndə vəhşi heyvanlardan qorunmaq üçün qara çıraqdan istifadə olunurdu.

Hal-hazırda bə’zi adamlar qəbristanda ölüsünün məzarı üstündə gecələr ya şam yandırır, ya da elektrik lampası. Amma keçmişdə bə’zi qəbirlərin üstündə çıraq (ço) yandırıblar.

Qızılavar qəbristanında yeni qəbr qazarkən belə çıraqlar tapılmışdır.

Məişətimizdə indi çıraqdan (ço) istifadə olunmur.

Tava - (talışca tovə): Əsasən üstündə bayram xörəkləri – bişi, çənquri və s. bişirilərdi.

Nehrə - (talışca niə): Nehrə kəndimizdə istehsal olunmasa da ondan məişət əşyası olaraq uzun əsrlər istifadə olunmuşdur. Elektriklə işləyən metal nehrələrin geniş yayılmasına baxmayaraq kəndimizdə yenə də bir çox evdə gildən hazırlanmış saxsı nehrədən istifadə olunur.

Nehrə bölgəmizdə əsasən Ərkivan (Akon) və Separadi (Sepadi) kəndlərində istehsal olunub və indi də istehsal olunur. Masallı və Boradigah bazarlarında satılan və ordan alıb istifadə etdiyimiz nehrələr də əsasən Ərkivan və Separadi kəndlərində istehsal olunun nehrələrdir.

Saxsı nehrələrin yağı da, ayranı da daha dadlı olur. Həkimlər saxsı nehrənin ayranını xəstələrin bə’zilərinə içməyi məsləhət bilərdilər.

NİƏM BOY

Poynə mandə mexədə,

Niəm boy, niəm boy!

Bərəkətış həxədə,

Niəm boy, niəm boy!

Sərinə du, zardə ruən,

Niəm boy, niəm boy!

Peşomə du, hardə ruən,

Niəm boy, niəm boy!

Qəvədə pustə sələ,

Niəm boy, niəm boy!

Dəjəme ıştə qıflə,

Niəm boy, niəm boy!

Rıkno məkə tı mıni,

Niəm boy, niəm boy!

Rə boy səbrım ni həni,

Niəm boy, niəm boy!

Ağaran çokə şeye,

Niəm boy, niəm boy!

Ruəni, də xeyrış veye,

Niəm boy, niəm boy!

Purkə çandu, quduşi,

Niəm boy, niəm boy!

Şokə çəmə tolışi,

Niəm boy, niəm boy! (Tofiq İlham, Kafte , Bokü 1993, s. 82-83)

 

NİYƏM BOY

Niyəm, niyəm, niyəm boy,

Bo əğılon rüən boy.

Hodi bıbu pebəşe,

Rüən bə dim bebəşe.

Niyəm, niyəm rə boy tı

Ğonəğ-ğərə bə çəşe.

Niyəm, niyəm, niyəm boy,

Bo əğılon rüən boy.

Mordov pizə-leğıne,

Bandi aləf şığıne.

Çəmə alə zandəqo

Vey molisə zığıne.

Niyəm, niyəm, niyəm boy,

Bo əğılon rüən boy.

Xeyzoni ve rukə sə,

Sı bə nəvon bukə sə.

Bənom zardə rüəni

Isə çəvon kükəsə.

Niyəm, niyəm, niyəm boy,

Bo əğılon rüən boy.                (Xanəli Tolış, Vənəşə, Masallı 2000, s. 27)

 

 

 


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz