Kəndimizin görkəmli şəxsiyyətləri - Ağazadə Seymur Xanverdi oğlu

Ağazadə Seymur Xanverdi oğlu 1975-ci ildə Masallı rayon Qızılavar kəndində anadan olmuşdur. 1982-ci ildə Əfqan Mirzəyev adına Qızılavar kənd tam orta məktəbinə daxil olmuş və 1992-ci ildə məktəbi uğurla başa vurmurşdur. O, məktəbdə oxuduğu müddət boyu müəllimlərinin və sinif yoldaşlarının sevimlisi olmağı bacarmışdır.

Elə həmin ildə qardaş ölkə olan Türkiyədə Qaradəniz Texniki Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə İqtisadiyyat ixtisası üzrə daxil olmuş və bununla da öz elmi karyerasının başlanğıcını qoymuşdur. Belə ki, o, 1998-ci ildə elə həmin universitetin İqtisadiyyat ixtisası üzrə magtraturaya, daha sonra isə 2002-ci ildə doktoranturaya daxil olmuşdur.

2010-cu ilden etibarən o, Rəcəb Tayyib Ərdoğan Universitetinin İqtisadiyyat ve İdarəetmə fakültəsində İqtisadiyyat müəllimi olaraq fəaliyyətə göstərməyə başlamışdır, 2013-cü ildən isə dosent adını almışdır.
Hal-hazırda evlidir və iki uşaq atasıdır.

Seymur elm karyerası boyunca çox saylı elmi məqalələr və kitab yazmışdır. Bu dərclərlə daha da yaxından tanış ola bilmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz.

Son olaraq Seymura gələcək həyatında bol-bol uğur arzulayır və məktəbimizin belə bir məzunu olması ilə fəxr etdiyimi bildirirəm.

http://aves.erdogan.edu.tr/seymur.agazade/yayinlar

QEYD: Əfqan Mirzəyev adına Qızılavar kənd orta məktəbinin facebook səyifəsində məktəb direktoru Lətifə Qənbərzadə və müəllimlərin təşəbbüsü ilə "Kəndimizin görkəmli şəxsiyyətləri" başlıqlı məqalələr silsiləsinə start veririlib. Biz də o məqalələri burada yayınlamağı uyğun gördük. Beləliklə məktəb direktoruna və müəllimlərinə belə gözəl bir təşəbbüsdən ötrü təşəkkür edirik.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz