Hәmişә yaşar şair

Şair / Tarixçi

Qeyd: Şair Tofiq İlhamın, Tofiq müәllimin, el ağsaqqalı sipriş Tofiqin vәfatından 18 il keçir. O vәfat edәn il doğulan kәnd uşaqları indi 18 yaşını qeyd edirlәr. Ama kәndimizin bu dәyәrli insanını tanıyır mı yeni nәsil? Problemizin biri budur. Tofiq müәllim kәndimizin adını rayonda, respublikada duyurdu. Ama vәfatından 18 il ötmәsinә baxmayaraq biz onun üçün, onun adını yaşatmaq üçün neylәdik? Sәhf elәmirәmsә sadәcә Rabil Abdinov Tofiq müәllimin kitabını çap elәdi. Bu qәdәr mi? Bәlkә kәnddә bir küçәyә adını vermişiq? Bәlkә kәnddә bir müәssisәdә adını yaşatmışıq? Bәlkә, bәlkә, bәlkә??...

Mәncә hәyatda bir yerlәrә gәlәn bizlәr, Tofiq müәllimin şagirdlәri bu sualı tez tez özlәrinә vermәlidirlәr: Tofiq müәllim bizlәri yetişdirdi, bәs biz Tofiq müәllim üçün neylәdik? Doğrudur Tofiq müәllim bir qarşılıq gözlәmәdәn müәllimlik vәzifәzini yerinә gәtirdi. Bәs biz niyә “şagirdilik vәzifәmizi”, vәtәndaşlıq vәzifәmizi yerinә gәtirmirik? Bu biqanәliyimiz sadәcә Tofiq müәllimә qarşı da deyildir. Kәndimizin başqa dәyәrlәrinә qarşı da bu biqanәliyimiz davam edir…

Allah Tofiq müәllimi rәhmәt eylәsin, yeri cәnnәt olsun…

Elnur Ağayev / Tarixçi


 

TOFİQ İLHAM bölgәmizdә, respublikamızda tanınmış şair idi. Azәrbaycan vә Talış dillәrindә yazıb yaradıb. Şe’rlәri, mahnıları dillәr әzbәri idi. Onu respublikadan kәnarda da tanıyırdılar.

Ona ikili münasibәt var idi. Manqurtlar şe’rlәrinә biganә idilәr. Se’r sevәr, millәt sevәr dostları onu qiymәtlәndirirdilәr. Son illәr dolanışı, çәtinliklәri, ailәdә bә’zi neqativ hallar onun ürәyini didirdi. Millәt dәrdi, vәtәn dәrdi, ailә dәrdi, dolanış dәrdi onun hәssas şair ürәyini üzürdü.

Gözlәri hәyat isığından mәhrum olan şair hәr gün hәyat yoldaşı VӘFALI DİLŞADI ya da sevimli qızları AZӘRGÜL vә ÜLKӘRİN kömәkliyi ilә işә- mәktәbә gedirdi. Hәrdәn dayanır, nәfәs alır, ürәk hәblәrini qәbul edir, yenә yoluna davam edirdi. Hәyatın bütün bu ağrı acılarına dözürdü. Dәrs deyә-deyә, şe’rlәr yaza-yaza dözürdü. Millәtinin şәrqisini yazdı, yazdı, yazdı.

Dözә-dözә dәrs ilini başa vurdu. 60 illik yübileyini keçirә bilmәdi. Ürәyi vәfasızlıq etdi. Ürәk neylәsin, bu qәdәr dәrd yükünü çәkmәk olarmı? Dәrdlәr ürәyini qurd kimi gәmirirdi. 2000-ci ilin 30 mayında Azәrbaycan Yazıçılar Birliyinin üzvü (O, 1998-ci ildәn Azәrbaycan Yazıçılar Birliyinin üzvü idi) şair TOFİQ İLHAM sevdiyi vәtәnә, balalarına, millәtinә, hәyat yoldaşına, se’rә, sәnәtә, dostlarına әlvida dedi.

 

Uca dağ başında dağa oxşadın,

Mәzarın üstündә dağ çiçәklәri.

Sevgili Dilşadın, xanım Dilşadın

Saçına әlәdin ağ çiçәklәri.

 

Yığışıb dostların, qohum-qardaşın:

Dilim necә desin ilindi indi.

Özün tәk mәğrurdu şe’rin-başdaşın,

Hәyatda öz yerin bilindi indi.

 

Görmüşәm çox zaman uca kürsüdә,

Qәzәbli pәlәngә dönәrdi şe’rin.

Qucardı qәddini sanki kürsü dә

Dilindi qәhrәman, hünәrdi şe’rin.

 

Dünyanı dәyişdin o dünya ilә,

Yarandı yeni bir ziyarәt yerim.

Haqqında yazıram, qәlb gәlir dilә,

Bәs mәnim şe’rimi kim yazacak, kim?

 

May - 2001


 

 

 


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz