Qızılavarın coğrafiyası haqqında mə'lumat

Fəxrəddin Əsgərov / Coğrafiyacı

Kəndin coğrafi mövqeyi və relyefi

Qızılavar kəndi Azərbaycan Respublikasının Masalli inzibati rayonunun nisbətən cənubunda, şimalda Lürən, cənubda Bədəlan, şərq və cənub şərqdə Çayqıraq, qərbdən isə Kolatanla sərhədləşmişdir.

Kəndin fiziki səthinə nəzər yetirdikdə relyefin əsasən sadə düzənlik səthdən ibarət olduğunu görərik. Yalnız kəndin qərbində Kolatan kəndinə 100-200 m. qalmış umumi tektonik qalxma müşaidə edərik. Qeyd edim ki, kəndin şimal və qərb hissəsində suvarma məqsədi üçün sututarlar yaradılmışdır. Kəndin qərbindən şərqinə doğru getdikcə mutləq və nisbi hündürlüyün aşağı düşdüyünü müşahidə edərik. Onu da qeyd edim ki, kəndin cənub sərhədi, Qızılavar ve Bədəlan sərhədi Kolatançayın məcrası ilə üst-üstə düşür.

İnsanların burada uzun illər ərzində məskünlaşması kəndin relyefinə güclü təsir göstərmişdir.

Qızılavar kəndinin iqtisadi coğrafi mövqeyi, əhalinin məşğuliyyəti

Qızılavar kəndi əlverişli coğrafi mövqeydə yerləşmişdir. Kəndin mərkəzindən keçən yol nisbətən tranzit əhəmiyyətini itirsə belə zonanın inkişafında öz təsirini göstərir. Demək olar ki, Masallı-Lənkəran istiqamətində 2-ci dərəcəli yol sayılır. Masallı rayonunun əksər cənub kəndlərinə getmək üçün bu yoldan istifadə edilir. Kəndin mövqeyi çox əlverişli olduğundan birbaşa rayon mərkəzi ilə əlaqə bağlamaqda heç bir çətinlik olmur.

Yol kənarından cənuba getdikcə əhalinin məskünlaşmasının genişlediyini görərik. Bütün respublikada umumi doğum tempinin aşağı düşməsi kəndin əhalisinin azalmasına təsir göstərmişdir. Digər səbəblərdən biri də odur ki, əksər insanlar rayonda iş yeri tapa bilmədikləri üçün xaricə müacirət edirlər və bu da kənd əhalisinin azalmasına birbaşa təsir göstərir.

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı ilə bağlıdır. Kənddə hayvandarlıqda əsasən qaramal bəslənir. Kəndin şərqində taxıl zəmiləri, qərbində isə tərəvəzçilik inkişaf etmişdir. Bütün respublikada olduğu kimi aqrar sahədə islahatlar aparıldığı üçün kəndin əkin üçün nəzərdə tutulmuş torpağları kəndliyə həvalə edilmişdir. Balıqçılıq kəndin şimalında və qərbində yuxarıda qeyd etdiyim sututarlar sayesinde inkişaf edir. Balıqçılıqla məşğul olan əhalinin müəyyən faizi idarəcilik, təhsil, ticarət və s. sahələrdə çalışırlar.

  Qeyd: Qızılavar və Dəlləkoba bələdiyyələrini birgə göstərən bu xəritə 2003-cü ildə Səxavət Qurbanov tərəfindən tərtib olunmuşdur. 

 


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz