Mәtbuatda kәndimiz: Yeni zirvәlәr fәth edin!

Çağırış qәzeti, Çәrşәnbә axşamı, 30 yanvar 1973-cü il, no. 13 /2951/

M. F. Axundov adına sovxozun әmәkçilәri yubiley ilindә parlaq qәlәbә qazanmışlar. Sosializm yarışında qalib gәldiyi üçün sovxoza Azәrbaycan KP MK-nın, Azәrbaycan SSR Ali Soveti Rәyasәt Hey’әtinin, respublika Nazirlәr Sovetinin vә AHİŞ-in yubiley Fәxri fәrmanı verilmişdir.

47 Ton “Yaşıl qızıl”

Elnur_ResimUzun illәrdir ki, çayçılıq briqadiri işlәyirәm. Dövlәt planlarını vә sosialist öhdәliklәrini hәmişә yerinә yetirmişәm. Yubiley ilindә briqadam yaxşı nәticәlәr qazandı. Dövlәtә 470 sentner yaşıl çay yarpağı satıldı. Qәlәbәnin qazanılmasında әmәkçilәrdәn Zümrüd Ağayeva, Sürayyә Hәşimova fәrqlәnmişlәr.

Başçılıq etdiyim briqadanın әmәkçilәri bu il 20 hektar mәhsuldar çay sahәsinin hәr hektarından 23 sentner әvәzinә 25 sentner mәhsul toplamağı vә dövlәtә 480 sentner yaşıl çay yarpağı satmağı öhdәlәrinә götürmüşlәr.

Murtuza PAYIZOV,

Briqadir.

Әmәyin bәhrәsi

İl-ildәn uğurlu gәlir. Sovxozumuzun gәliri çoxalır, iqtisadiyyatı möhkәmlәnir. Bu, dövlәt planlarının vә sosialist öhdәliklәrinin layiqincә yerinә yetirilmәsi nәticәsindә qazanılır.

Sovxozun iqtisadiyyatının әsasını tәrәvәzçilik, çayçılıq vә heyvandarlıq tәşkil edir.

Yubiley ilindә 92 hektar sahәdә bol tәrәvәz yetişdirәn әmәkçilәrimiz dövlәtә 835 ton әvәzinә 1.411 ton mәhsul satdılar. Kommunist Şahab Ağayevin vә Aslan İsayevin başçılıq etdiklәri kollektivlәrin müvәffәqiyyәti daha böyükdür.

Sovxozumuzda çayçılıqla iki briqada mәşğul olur. Kommunist Murtuza Payızov daha yaxşı nәticәlәr qazanmışdır. Çayçılarımız yubiley ilindә dövlәtә 69,5 ton “yaşıl qızıl” satarak illik plana 110 faiz әmәl etmişlәr.

Heyvandarlıqda qazandığımız gözәl qәlәbә adamlarımızın böyük qayğısının bәhrәsidir. Ümimittifaq sosializm yarışına qoşulan ferma işçilәrimiz heyvandarlıq mәhsulları istehsalı vә satışına dair illik planları vaxtından әvvәl yerinә yetirmişlәr. Dövlәtә süd satışı planı 132 faiz, әt satışı planı 102 faiz, yumurta satışı planı isә 3 dәfәdәn çox yerinә yetirilmişdir.

Sovxozun әmәk bahadırları bu il dövlәtә 10270 ton tәrәvәz, 70 ton çay, 17 ton әt, 108 ton süd, 15 min әdәd yumurta, 750 kiloqram barama satmağı planlaşdırmışlar. Lakin әmәkçilәrimiz bütün imkanlarını götür-qoy edәrәk qәrara almışlar ki, dövlәtә plandan әlavә xeyli mәhsul satsınlar.

Beşilliyin üçüncü ili planlarını vaxtından әvvәl yerinә yetirmәk üçün bütün qüvvәlәrimizi sәfәrbәrliyә alacaq, ili yüksәk göstәricilәrlә başa vuracağıq.

Xalıq Qurbanov

Sovxozun direktoru.

Mәnim dә payım var

Sovxozumuzun zәhmәt adamları kimi biz mexanizatorlar da fәdakarlıqla işlәyir, tәrәvәz vә digәr әkin sahәlәrini vaxtında şumlayıb hazırlayır, mal-qara üçün yem tәdarükündә fәal iştirak edirik.

Biz mexanizatorlar yaxşı başa düşürük ki, bu günün tәlәbi daha böyükdür. Torpağı yaxşı becәrmәk, onun mәhsuldarlığını artırmaq, yaşıl çay yarpağının, tәrәvәzin maya dәyәrini aşağı salmaq texnikadan çox asılıdır. İndiyәdәk yazlıq bitkilәr әkini üçün 105 hektar sahәdә dondurma şumu aparmışıq. Şitilliyin salınmasında da әmәyimiz vardır.

Sovxozumuzun hәmişә birincilәr sırasında olması üçün sә’yimizi bundan sonra da әsirgәmәyәcәyik

Calal Eynullayev

Mexanizator.

Hәvәslә

On beş ildәn çoxdur ki, sağıcı işlәyirәm. Hәr il plan vә tapşırıqları artıqlaması ilә yerinә yetirirәm. Keçәn il qazandığım qәlәbә daha yüksәkdir. Qulluq etdiyim 11 baş inәyin hәr birindәn 2.350 kiloqram әvәzinә 3.170 kiloqram süd sağmışam. Qәlәbә mal-qaraya zootexniki xidmәtin, qayğının nәticәsindә qazanılıb. Bu qәlәbәdә mәnimlә yanaşı malabaxanların da zәhmәti böyükdür. Onlar mal-qaranın yemlәnmәsindә, tövlәnin tәmizlәnmәsindә, xәsilliyin çalınmasında bizә yaxından kömәk göstәrirlәr.

Bol süd әldә etmәk üçün kifayәt qәdәr yem tәdarük edilmәlidir. “İnәyin südü ağzındadır” – deyәnlәr haqlıdırlar. Sağıcılıq tәcrübәmdәn bilirәm ki, nә vaxt mal-qaraya kifayәt qәrәd yem verildi, zootexniki qaydada qulluq göstәrildi, o vaxt lazımi nәticә әldә edilir.

Heyvandarlıq tәsәrrüfatında sosializm yarışının gücündәn sәmәrәli istifadә edilmәlidir. Bu, mәhsul istehsalını yüksәltmәk üçün әn ümdә şәrtlәrdәn biridir. Әgәr tәsәrrüfatda yarışın şәrtlәrinә düzgün әmәl olunsa, mәhsuldarlıq artar. Mәhsulun maya dәyәri aşağı olar. Sovxozumuzun heyvandarlıq tәsәrrüfatında bu mühüm mәsәlәyә ciddi fikir verilir.

Maldarlarımıza qayğı da unudulmayıb. Sağıcı vә malabaxanlarımız qış geyimlәri ilә tә’min olunmuşlar.

Yeni ildә götürdüyüm öhdәlik daha böyükdür. Hәr inәkdәn 3.500 kiloqram süd әldә etmәyi qәrara almışam.

İndi hәr yerdә torpaq ağ örpәyә bürünüb. Qarlı-şaxtalı günlәr başlayıb. Bu, ferma әmәkçilәrinin işini birә-iki artırıb. Lakin yaranmış çәtinlik işimizә mane olmur. Hәr gün süd zavoduna 95-100 kiloqram mәhsul yola salıram. Sağıcı rәfiqәlәrimdәn Xanım Hüseynova, Narı Ağacanova vә başqalarının da işi fәrәh doğurur.

Sovxozumuzun heyvandarları qarlı-şaxtalı günlәrdә mәhsul istahsalını artırmaq üçün әllәrindәn gәlәni edirlәr. Biz Sov. İKP MK-nın, ÜİHİMŞ-ın heyvandarların Ümimittifaq sosializm yarışını genişlәndirmәk haqqındakı qәrarından irәli gәlәn vәzifәlәri yerinә yetirmәk üçün işin sür’әtini gündәn-günә artırırıq.

Rәviyyә Ağasiyeva

Sağıcı.

Әllәr haqqında nәğmә

/Oçerk/

“Onun әllәri qızıldır”. Bu el mәsәlini öz әmәyi ilә şan-şöhrәt qazanan, el-oba içindә ad-san çıxaran adamlar haqqında deyirlәr. Amma bu bәnzәtmә çoxdan köhnәlib. Zәhmәtlә qovuşan insan әllәri üçün bu müqayisә dә azdır. Axı niyә qızıl, insan әlinә yox, insan әli qızıla bәnzәdilsin? Elә lap qızılın özünü dә insan әli cilalayır.

Biz o әllәrdәn danışırıq ki, onlar yayın qızmarında, qışın çovğununda istiyә-soyuğa öyrәncәk olub. O әllәrin hәr qabarı mә’nalı bir xatirәdir.

Әllәrdir dünyaya işıq paylayan,

Onunla yüksәlir gözәl әmәllәr.

Arzu zirvәsinә qaldırar sәni,

O qabarlı әllәr, o cicәk әllәr.

Haqqında danışdığımız Dürnisә Mirzәyeva da mәhz bu әllәrin zәhmәti sayәsindә ad-san qazanmış, Masallının әmәk ulduzlarından biri olmuşdur.

Onu hamı tanıyır

Qızılavarda indi Dürnisәni hamı tanıyır. Әvvәllәr dә onu tanıyırdılar. İsmәtli gәlin kimi, mehriban qonşu kimi, yaxşı işçi kimi. İndi isә onu ordenli tәrәvәzçi kimi tanıyırlar.

Dürnisә Mirzәyeva Qırmızı Әmәk Bayrağı ordeni ilә tәltif olunub. Dürnisә nә qәdәr tәvazökar görünsә dә, üzündә, gözündә sevinc cizgilәri, fәrәh parıltıları vardı. Bu sevinci gördükcә ilk baharı, qızmar yayı, sәrt qışı xatırlayırıq. Hәr gün Dürnisә sәhәri gözlәriylә açar, onu oyadardı. Hәmişә dә tarlaya birinci yollanardı. Tәzә-tәr pomidor şitillәrini qayğı ilә bәslәyirdi. Öz körpәlәri kimi. Körpә dedik yadımıza Dürnisәnin körpәlәri düşdü. Dürnisә sәkkiz uşaq anasıdır. Onun әllәri ilә sәkkiz körpә qayğısız boy atır. O әllәr gah cәrgәlәrarasını yumşaldar, gah da tәrәvәz şitillәrinin dibini torpaqlayardı. Günәş istisindәn yarpaq soluxmasın deyә, su da gәtirib, şitillәrә yetirәrdi.

Yuyanda üzünü zәhmәtin tәri

O, gülәn görürdü tәr şitillәri.

Yaşıl misraları sәpdi çöllәrә,

Bax, onun әllәri, onun әllәri.

Bәli, Dürnisәni hamı tanıyır. Qayğısına qaldığı, üzәrindә ehtiramla gәzdiyi ana torpaq da….

Günlәr günә calandı…

Günlәr günә calandı,  pomidor sahәsindә neçә ulduz yandı elә bil. Bәlkә dә ulduzlar göydәn sәpәlәndilәr tarlaya.

Çoxları dedi ki, bu il Dürnisәnin bәxti gәtirib. Yox, bar verәn Dürnisәnin bәxti deyildi (onsuz da Dürnisә xoşbәxtdir ), bar verәn onun yuxusuz gecәlәri, ayları, günlәri idi. Әllәrinin çin-çin qabarı idi.

Dürnisә deyir:

- Әslindә mәn uzun zaman çayçı işlәmişәm. Onu bilirәm ki, bitkiyә nә qәdәr qayğı göstәrsәn, o da sәndәn mәhsulunu әsirgәmәz.

- Bәs necә oldu ki, çayçılıqdan tәrәvәzçiliyә keçdiniz?.

- Sovxozda tәrәvәz briqadası yarandı. Tәrәvәzә bacarıqlı әllәr lazım idi. Mәnә dә bu sahәyә keçmәyi tәklif elәdilәr. Boyun qaçırmadım. Nә bilim, bәlkә dә mәnim әllәrim bacarıqlı imiş.

Әllәr gözәllik yaradır…

Dürnisә tәk deyil. Tәkcә onun әllәri deyil gözәlliklәr yaradan. Rәfiqәnin, Nazının, Gülzarın, Sәbiyyәnin, Ağiyyәnin әllәrini necә unutmaq olar! O әllәrlә hektarlar yaşıllanıb, o әllәrlә tonlarla tәrәvәz yığılıb… Vә uzaq-uzaq şәhәrlәrә göndәrilib.

Briqadir Şahab Ağayevi dinlәyәk:

- Yaşı qırxa yaxındır Dürnisәnin. Amma çox cavan görünür. Onu cavan saxlayan әmәkdir. Qolundakı qüvvәt, ürәyindәki hәvәs sonsuzdur. Keçәn il o, 0,45 hektar pamidor sahәsindәn 108 sentnerdәn çox mәhsul yığmışdır.

Aqronom Abdul Әliyev isә deyir:

- Kaş bütün tәrәvәzçilәr onun kimi olaydı. Onda sovxozumuz indikindәn dә ikiqat varlı olardı.

Briqadir doğru dedi ki, Dürnisә çox cavan görünür. Adamlar var ki, cavan ikәn qocalıblar, kimdir onlar? Zәhmәtә qatlaşmayan, canını işdә sınamayan, әllәrini büküb cibinә qoyan… Dürnisә deyir:

- Bir dәfә anamın halında pәrişanlıq gördüm. Dedi xәstәyәm. Mәn dә dedim ki, işә çıxma, dәrman qәbul et. Anam dedi: “Bala, işә çıxmasam, ölәrәm”. Axşam anam işdәn qayıtdı. Xeyli qıvraq, üzü gülәr halda.

Dürnisәnin hәlә coşqun әmәk hәyatı qabaqdadır. Kim bilir, bәlkә daha böyük hünәr göstәrәcәkdir!

Dürnisәnin atası Sәfәrәli kişinin yaşı yüzә yaxındır. Ömrünün çoxunu әkindә, biçindә keçirib. Uşaqlar da gözünü açan gündәn atalarından işlәmәyi, torpağın qәrdini bilmәyi öyrәniblәr.

Dürnisәni iş üstündә-isti şitilliklәrdә gördük. Toxum sәpirdilәr. Qış tә’tili olduğu üçün qızı Tәhminә dә kömәyә gәlmişdi.

Biz Dürnisәni Qırmızı Әmәk Bayrağı ordeni alması münasibәtilә tәbrik etdik. Arzularını bildirdi:

- İstәyirәm sovxozumuzda ordenlilәrin sayı çoxalsın. Kәndimizdә mәdәni-quruculuq işlәri daha da genişlәnsin. Gecәlәr kәndimizin küçәlәrindә gündüz işıqları yandırılsın. Sizdәn nә gizlәdim, kәndimizdә mәdәni-mәişәt xidmәti istәnilәn sәviyyәdә deyil.

Son söz:

Yaradan әllәrin var olsun sәnin,

Anamız torpaqdan güc al, Dürnisә.

Tarlalar nur saçsın qoy әllәrinlә,

Zәhmәt zirvәsinә ucal, Dürnisә.

Vaqif Yusifli,

Xanәli Ağayev,

Ştatdankәnar müxbirlәrimiz.

 


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz