Qızılavarda tütünçülük

 

 

 

 

 

 

Şair / Tarixçi

Gözümü dünyaya açanda, isti-soyuğu hiss edәndә, ağı qaradan ayırmağı bacaranda görmüşәm ki, Şıxәli kişi, Әlәsgәr әmioğlu, Vahab müәllim, Әli mamu, Murtuz kişi vә başqa-başqa kişilәr papiros (talışca paprus) çәkirlәr. Bә’zi kişilәr çubuq (trubka) çәkirlәr. Çubuğun saxsıdan düzәldilmiş ucluğu vә ona keçirilmiş, özәyi çıxarılmış, barmaq qalınlığında uzun bir çubuğu (tәqribәn 30-50 sm. uzunluğunda) olardı. Kişilәr belәcә dükan qabağında, işlәyәndә fasilә zamanı, yemәkdәn sonra papiros (çubuğ) çәkәrdilәr (İndi dә yeni kişilәr çәkir-siqaret çәkirlәr).

Sonralar bildim ki, onların böyük hәvәslә sorduqları tüstü tütün tüstüsüdür. Farslar ona “tәmbәki”, Ruslar “tabak”, Azәrbaycanlılar “tütün”, talışlar  “tәmәku” deyirlәr.

XX әsrin birinci rübündә ayrı-ayrı adamlar (tәk-tük adamlar) “çubuğ” tütünü becәrәrmişlәr. Onun alveri ilә mәşğul olanlar olmuşdur. Әsrin 30-cu illәrindә Sovet hökümәti kolxozları yaradır vә onlara başqa bitkilәrlә yanaşı tütün әkib-becәrmәyi tapşırır.

Doğma Qızılavar kәndimizdә o zaman iki kolxoz (kolektif tәsәrrüfat – rus dilindә kollektivnaya xozyaystva-kolxoz) var idi. Dәllәkoba mәhәllәsi M. F. Axundov adına, Qızılavar hissәsi әvvәllәr “Sıә baydağ” (“Qırmızı bayrağ”) sonra isә Litvinov adına kolxoz adlandırılır.

Bәli, dövlәt tütün әkmәyi tәlәb edir. Kolxozlar tütün üçün әkin sahәlәri ayırırlar. O zaman kolxoz üzvlәrinin şәxsi hәyәtyanı torpaq sahәsindәn  normadan artıq olanlarını ayırıb orada da tütün әkirlәr. “Hәsәni so”, “İbrahimi so”, “Musi so”, “Bandәro”, “Seәlәvә”, “Sәfәrәli so”, “Seykәli so” vә s. adlanan sahәlәrdә ayrı-ayrı hәyәtlәrin “artıq” yerlәrindә tütün әkilir.

Buna görә toprağı şumlayardılar. Qadınlar (bә’zәn dә kişilәr) sahәni pellәyәrdilәr (boşaldardılar), xәtt çәkәr vә tütün şitilini (qabaqcadan şitillikdә xırda tütünü becәrәrdilәr) cәrgә ilә basdırardılar. O zaman suvarma texnikası yox idi. Qadınlar, uşaqlar yaxınlıqdakı kiçik istillәrdәn, axar çaydan, qabaqcadan su doldurulmuş xәndәklәrdәn, gölmәçәlәrdәn, su quyusundan su çәkib tütünü suvarardılar. Bu iş o qәdәr çәkәrdi ki, tütün şitili ayılsın, yә’ni dirçәlsin, yerini bәrkitsin. Ondan sonra arabir suvarardılar. Tütün boy atandan sonra onun dibini, cәrgәlәrin arasını yumşaldardılar, tütünün dibinә yumşaq torpaq çәkәrdilәr.

Tütünün enli yarpaqları olardı. Yarpaqların dәrimi (dәrişi) başlayanda yarpaqları aşağıdan dәrәrdilәr. Belә desәk, hәr tütün fidanından iki-dörd yarpaq dәrәrdilәr. Sonralar tütün boy atdıqca ikinci, üçüncü, … beşinci vә s. dәrişlәr olardı.

Tütün yarpaqlarını xüsusi iri iynәlәrlә ipә (sapa) keçirәr vә düzümlәri gün altında qurudardılar. Kәndin tütün sarayları olardı. Kәndimizdә “İbrahimin hәyәtindә”, “Rüdә mәlo”nun hәyәtindә, “Әlihüseynin hәyәtindә” keçmiş “xırman yerinin yaxınlığında” belә saraylar ayrı-ayrı vaxtlarda tikilmiş vә tütün yarpağının düzümlәri qurudulmuşdur. Yağış yağanda tütünçülәr tütün düzümlәrinin bağlandığı ramkaları saraya (sarayın әtrafı hava dәysin deyә açıq, üstü isә örtülü olardı) yığardılar. Tütün yarpaqları quruyub hazır olandan sonra onları çinlәyib xüsusi qablarda bağlayıb dövlәtin qәbul mәntәqәlәrinә tәhvil verәrdilәr.

Tütünçülük çәtin sәnәt idi. Tütünün әl ilә becәrilmәsi, yığılması, qurudulması, tәhvil verilmәsi vә s. qul әmәyini xatırladırdı. Xüsusәn nikotinin insana tә’siri daha dözülmәz idi. Yaşıl tütünün şirәli yarpaqları adamın paltarını, әlini elә qaraldırdı ki …

han%208Tütün bolluğundan sonra onun yarpaqlarını qurudub, papiros edib çәkәnlәrin sayı hәddәn çox artdı. Uşaqlar da çәkәrdilәr. Ona görә belә bir misal yarandı ki: “Hәsәn dә qәlyan çәkir, Hüseyn dә qәlyan çәkir, tәmbәki bol olanda siçan da qәlyan çәkir”.

XX әsrin 30-70-ci illәrindә kәndimizdә tütün әkini davam etmişdir. Tütünçülük briqadaları, manqaları yaranmışdı. Müxtәlif vaxtlarda briqadalara aşağıdakı adamlar başçılıq ediblәr; Zövlәli Nüsrәt, Humaya, Museyib, Cәbrayıl, Mirәhmәd, Nәsir vә s. tütünçülüyә rәhbәrlik etmişlәr.

Tütünçülük dövlәt әhәmiyyәtli tәsәrrüfat sayılırdı. 1948-ci ildә tütünçülük sahәsindә uğurlar qazanmış yüzlәrlә adamlar – tütüncü zәhmәtkeşlәr SSRİ Ali Sovetinin fәrmanı ilә orden vә medallarla tәltif olundular. Musakücә vә Molloba kәndlәrindә Sosialist Әmәyi Qәhrәmanı adlarına layiq görülәnlәr oldu. Ana kәndim Qızılavarda tütünçülüklә yüksәk müvәffәqiyyәtlәr qazanmış Sәrvәr Qulam oğlu Ağayev Lenin ordeni ilә tәltif edildi. O zaman tütünçülük briqadiri Müseyib Bağışov idi.

Sәrvәr Ağayev 1928-ci ildә anadan olmuşdur. Ordenli manqabaşçısı kimi tәsәrrüfatın müxtәlif sahәlәrindә özünü göstәrmişdir. 1983-cü ildә dünyasını dәyişsә dә xatirәlәrdә yaşayır.

XX әsrin 60-cı illәrindәn sonra tütünçülüyә maraq azaldı vә tәrәvәzçilik geniş vüsәt aldı. İttifaqın tәlәbatını ödәmәk üçün tәrәvәzçilik diğәr sahәlәri sıxışdırdı.

Kәndimizin tarixindә tütünçülük xüsusi yer tutmuşdur. Onun mәnfi vә müsbәt cәhәtlәri olsa da o bizim hәyatımızın bir parçası olmuşdur.

 

 

RAYONUN SOVXOZLARI ÜZRӘ DÖVLӘTӘ TÜTÜN SATIŞI HAQQINDA 1965-ci İL OKTYABRIN 1-nә OLAN MӘ’LUMAT.[1]

İrәlidә gedәnlәr

Sovxozlar                      plan /tona/         yerinә gәtirilmişdir        faiz

M. F. Axundov                     10                           5,737                            57

Çapayev                                 50                         23,798                            49,5

S. Vurğun                               55                         26,984                            49

“Şәn hәyat”                           70                         28,676                            48,8

“Oktyabr”                             35                         16,350                            46

“Komsomol”                        25                         10,057                            40

“Pravda”                                30                         11,946                            39

Telman                                  20                           7,095                            35

“Sovet Azәrbaycanı”            60                         14,784                            24

K. Marks                               40                           9,660                            21,5

Geridә qalanlar

“Sosializm”                           65                          13,941                           18,5

H. Aslanov                            50                            7,612                           15,2

M. Ә. Sabir                            60                            9,376                           15

Әzizbәyov                             15                            2,025                           13,8

“Odessa”                               45                            5,590                           12,4

Krupskaya                             25                            1,915                             8

“Varlı hәyat”                         95                            7,057                             7,4

“9 Yanvar”                            15                            6,680                             4,4

Nizami                                   35                           1.172                              3,3

Dimitrov                               35                              438                              1,1

Lenin                                     65                               ----                               ---

 

 

[1] Çağırış qәzeti, Şәnbә, 2 Oktyabr 1965-ci il, no. 12

 


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz