Kəndimizin ilk şairi: Molla Mirəziz

/19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri/

 

 

 

 

Şair / Tarixçi

Molla Mirəziz 19-cu əsrin son rübündə – 20-ci əsrin əvvəllərində yaşamışdır. Təqribən 20-ci illərdə vəfat etmişdir.

Qızılavar kəndinin bir çox diğər mollaları kimi dini təshilini Ərdəbildə İbrahim mədrəsəsində almışdır. Kəndin tanınmış mollalarından olub.

Bizə şe’rləri gəlib çatmamışdır. Çox güman ki yazdığı şe’rləri dini mövzuda olmuşdur. Mirəkbər, Mir Qubad, Mirəhmədin dediyinə görə satirik şe’rləri də olub. 

Yardım etməyi sevən bir insan olub.

Səsi yaxşı olduğu üçün əsasən roza oxuyurmuş. Kəndin tanınmış mollalarından olan Molla Rzadan əvvəl Mola Mirəziz evində dini dərslər verirmiş. Bu dönəmdə evində dini dərs verən başqa bir molla da Molla Eynulla olmuşdur.

2002-ci ildə vəfat edən Şirəli kişi deyirmiş, babam Ağaverdi qoca olduğu üçün məscitə gedə bilməzdi (o 3 dəfə Kərbəlayı olub) və Molla Mirəziz babamın xahişi ilə gəlib İmamverdinin həyətində roza oxumuşdur.

Molla Mirəziz o dönəmin diğər mollaları kimi məclislərdə Azərbaycan Türkçəsində danışıb. Buna səbəp də çox güman ki dini təshillərini bu dildə almaları olub. Və güman ki şe’rlərini də bu dildə yazıb.

Peysə qəbristanlığında dəfn olunmuşdur. Çox güman ki qəbristanlığın Kırçoba məhəlləsi üçün ayrılmış hissəsində dəfn olunmuştur. O dönəmdə kəndimizdəki qəbirstanlıqda qəbir üstünə daş qoyulmadığı üçün yeri bəlli deyildir. Onu da deyək ki 1950-ci illərə kimi Peysə qəbirstanlığında qəbirlərin üstündə qəbir daşları olmayıb. Qəbirstanlıqda olan ən köhnə qəbir daşından sonra Bakıda vurulub və kəndə gətirilən Rüstəmin oğlu Əksərin qəbri üstünə daş qoyulub. Bu daş da betondan hazırlanmışdı və qəbrin ətrafı da tikanlı məftillə çevrili olub. Bunlardan əvvəl nişanə olaraq şimşir ağacı, gül əkilib, çay daşları qoyulub. 1950-ci illərin sonu 60-cı illərdən etibarən başdaşı qoyulmaya başlanılıb.


 1
  Paylaş   Tweetle   Paylaş   Paylaş   Gönder
×
×

Xәş omәşon /

Xoş gәldiniz